Lavrov: Oktyabrda Rusiyanın iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında görüş baş tuta bilər
Azərbaycan və Ermənistan liderləri arasında görüş barədə qərar onların öz ixtiyarındadır, Moskva öz öhdəliklərini yerinə yetirməyə hazırdır.
Bunu BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Nyu-Yorkda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Sizinxeber.az"un ABŞ bürosunun sualını cavablandırarkən deyib.
Nazir bildirib ki, oktyabrda baş tutacaq CIS və BRICS sammiti çərçivəsində Rusiyanın təşəbbüsü və iştirakı ilə üçlü görüş baş tuta bilər:
"Əgər onlardan təklif gələrsə, bir hər zaman bu danışıqları aparmağa hazırıq. Bu, onların öz ixtiyarındadır, görüşmək istəsələr, biz hazırıq.
2020-ci ilin noyabr ayının əvvəlində iştirakımızla razılaşdırılanları həyata keçirməyə də həmişə hazırıq. İki il ərzində Rusiya, Azərbaycan və Ermənistan liderləri üç dəfə görüşüblər. Üçtərəfli işçi qrupu yaradılıb, nəqliyyat və kommunikasiyaların bərpası, sərhədlərin demarkasiyası, delimitasiyası və sair mexanizmlər üzərində birgə işləmişik. Biz çiyin-çiyinə durmağa və orada təsbit olunmuş bütün öhdəliklərə əməl etməyə hazırıq".
Oxşar xəbərlər
Lavrov: İrəvan Bakı ilə birbaşa razılıq əldə etmək istəyirsə, bu, onların seçimidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Ermənistan XİN başçılarının Nyu-Yorkda keçiriləcək görüşünün vaxtı müəyyənləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nyu-Yorkda Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
BRICS XİN başçıları sentyabrın sonunda Nyu-Yorkda danışıqlar aparacaqlar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Overçuk: Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılması 2020-ci il razılaşmaları əsasında mümkündür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












