BMT-də COP “Troika” prezidentliklərinin növbəti yüksək səviyyəli iclası keçirilib
BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində COP “troika” prezidenliklərinin növbəti yüksək səviyyəli iclası keçirilib.
"Sizinxeber.az"un ABŞ bürosu xəbər verir ki, tədbirdə bir sıra ölkələrin nazir və yüksək səviyyəli nümayəndələri o cümlədən beynəlxalq təşkilatların rəsmiləri iştirak edib.
Görüşdə çıxış edən Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində COP TROİKA sədrliklərinin qlobal iqlim dəyişikliklərinə qarşı mübarizədə birgə səylərin vacibliyini vurğulayıb.
M.Babayev çıxışında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) "Troika" ölkələri – Birləşmiş Ərəb Əmirlikləri (COP28) və Braziliya (COP30) ilə əməkdaşlığa diqqət çəkib.
Nazir qeyd edib ki, COP29 Bakı sammiti dünya ölkələri üçün kritik bir məqam olacaq: "Elmi nəticələr göstərir ki, hazırda dünya Paris Sazişinin hədəflərinə çatmaq üçün kifayət qədər sürətlə irəliləmir. Biz 1,5°C hədəfinin reallaşması üçün milli səviyyədə müəyyən edilən töhfələrin hədəflərini artırmalıyıq", - M.Babayev bildirib.
Nazir vurğulayıb ki, COP29-da yeni maliyyə məqsədlərinin razılaşdırılması və inkişaf edən ölkələr üçün iqlim dəyişikliyinə qarşı mübarizədə dəstəyin artırılması üçün geniş konsensus yaradılmalıdır: "Qarşıdakı günlər və aylar ərzində bu mövzuda bütün ölkələr arasında səmimi əməkdaşlığa ehtiyacımız var", - o əlavə edib.
Çıxışlarda Azərbaycan və Braziliya arasında qəbul edilən Bakı-Belem İqlim Tərəfdaşlığı Memorandumunun ölkələr arasında davamlı inkişaf və iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi üçün vacib çərçivə təmin etdiyi qeyd olunub.
Çıxışlarda növbəti milli səviyyədə müyyən edilən töhfələrin hədəfləri barədə geniş müzakirələr aparılıb.
Oxşar xəbərlər
Muxtar Babayev: "COP29 şəffaflıq və inklüzivliyə həsr olunacaq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda COP29 Sədrliyinin təşəbbüsü ilə İqlim Şəffaflığı üzrə Yüksək Səviyyəli Dialoq keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Muxtar Babayev: COP29-un uğurlu olması üçün Paris Sazişinin bütün müddəaları üzrə əlimizdən gələni etməliyik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Braziliya və BƏƏ mədəniyyət nazirləri Azərbaycanın COP29-a hazırlıqlarını yüksək qiymətləndirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Muxtar Babayev Parlamentlərarası İttifaqın Baş katibi ilə COP29 ətrafında müzakirələr aparıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












