Nyu-Yorkda Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olub - FOTO - YENİLƏNİB 2
sizinxeber.az xəbər saytı

Nyu-Yorkda Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olub - FOTO - YENİLƏNİB 2


26 sentyabr 2024-cü il tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Nyu Yorkda görüş keçiriblər.

Sizinxeber.az XİN-nə istinadən xəbər verir ki, tərəflər mümkün qısa müddət ərzində Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər.

Azərbaycan və Ermənistan tərəfləri görüşü təşkil etdiyinə görə dövlət katibinə minnətdarlıq bildiriblər.

***

20:21

Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başa çatıb.

Sizinxeber.az xəbər verir ki, görüş Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində baş tutub.

Görüş mediaya qapalı keçib.

***

18:28

Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başlayıb.

Sizinxeber.az xəbər verir ki, bu gün Nyu-Yorkda ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilir.

***

10:22

Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçiriləcək.

Sizinxeber.az ABŞ Dövlət Departamentinə istinadən xəbər verir ki, bu gün Nyu-Yorkda yerli vaxtla saat 10:15-də (Bakı vaxtı ilə saat 18:15) ABŞ dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş baş tutacaq.

Xatırladaq ki, Azərbaycan və Ermənistan XİN rəhbərləri BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün ABŞ-də səfərdədirlər.

Oxşar xəbərlər

Azərbaycan və Ermənistan qısa müddət ərzində sülh sazişinin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nyu-Yorkda Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başa çatıb - FOTO - YENİLƏNİB 1 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nyu-Yorkda Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilir - FOTO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu gün Nyu-Yorkda Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Blinkenin iştirakı ilə Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün keçirilməsi planlaşdırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər