Azərbaycan və Keniya arasında əməkdaşlıq müzakirə edilib
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Keniya Respublikasının baş naziri, xarici işlər və diaspor naziri Musalia Mudavadi ilə görüşüb.
Bu barədə “Sizinxeber.az”a Xarici İşlər Nazirliyindən bildirilib.
Görüş zamanı Azərbaycan və Keniya arasında ikitərəfli əməkdaşlığın perspektivləri, habelə çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.
C.Bayramov iki ölkə arasında beynəlxaq təşkilatlar, xüsusilə BMT və Qoşulmama Hərəkatı çərçivəsində mövcud əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edib, o cümlədən Qoşulmama Hərəkatına sədrlik dövründə ölkəmizin təşəbbüslərinə göstərdiyi dəstəyə görə Keniya tərəfinə təşəkkür edib.
Görüş zamanı, iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahədə münasibətlərin inkişaf perspektivləri nəzərdən keçirilib. Ölkəmizin Keniyada səfirliyinin fəaliyyətə başlamasının münasibətlərin inkişafına mühüm töhfə verdiyi diqqətə çatdırılıb.
C.Bayramov, həmçinin iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərinə toxunaraq, bu il ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri, bu çərçivədə əməkdaşlıq perspektivlərindən ətraflı bəhs edib.
Görüş zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələləri müzakirə ediblər.
Daha sonra, nazirlər arasında Azərbaycan və Keniya arasında siyasi məsləhətləşmələrin keçirilməsinə dair Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.
Oxşar xəbərlər
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə regional məsələləri müzakirə edib - YENİLƏNİB
Ceyhun Bayramov Qətərin yeni səfirini qəbul edib
Samir Şərifov Belarus xarici işlər nazirinin müavini ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
