Ceyhun Bayramov: İzobel Koulmanın açıqlamaları Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlikdir
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin administrator müavini İzobel Koulmanın açıqlamaları Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlikdir.
"Report" xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hak ilə görüşü zamanı deyib.
O vurğulayıb ki, ikitərəfli münasibətlərdə müsbət dinamikanın yaradılması, əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi istiqamətində səylərə baxmayaraq, bəzi ABŞ rəsmilərinin qərəzli fikirləri ikitərəfli münasibətlərə mənfi təsir edir:
"Bu xüsusda, sentyabrın 16-da Ermənistanın ABŞ-dəki səfirliyində ABŞ Beynəlxalq İnkişaf Agentliyinin administrator müavini İzobel Koulmanın Azərbaycana qarşı açıqlamaları Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlikdir, ölkəmizin suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin qanunsuz mövcudluğuna son qoymuş antiterror tədbirləri ilə bağlı faktları təhrif etmək məqsədi daşıyır".
Oxşar xəbərlər
Ceyhun Bayramov Ermənistanla sülh sazişi üzrə aparılan proses barədə ABŞ rəsmisini məlumatlandırıb
XİN: USAID rəsmilərinin Azərbaycan əleyhinə iddiaları separatizmin təşviqindən başqa bir şey deyil
XİN: ABŞ Beynəlxalq İnkişaf Agentliyi rəsmilərinin iddiaları separatizmin təşviqindən başqa bir şey deyil
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
