Ceyhun Bayramov Ermənistanla sülhə təhdid törədən əsas amilləri Lüksemburq XİN rəhbərinin diqqətinə çatdırıb
sizinxeber.az xəbər saytı

Ceyhun Bayramov Ermənistanla sülhə təhdid törədən əsas amilləri Lüksemburq XİN rəhbərinin diqqətinə çatdırıb


12 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Lüksemburq Böyük Hersoqluğunun xarici işlər və xarici ticarət naziri Xavier Bettel arasında telefon danışığı baş tutub.

XİN-dən APA-ya verilən xəbərə görə, telefon danışığında iki ölkə arasında əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Tərəflər Azərbaycan və Lüksemburq arasında mövcud münasibətlərin inkişafı, qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsində bu kimi təmasların əhəmiyyətli rolu olduğunu diqqətə çatdırıb.

Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin gedişatı, hazırkı vəziyyəti barədə ətraflı məlumatlandırıb.

Ermənistan qanunvericiliyində ölkəmizə qarşı davam edən ərazi iddialarının, habelə bu ölkənin sürətli hərbiləşməsinin bölgədə dayanıqlı sülh quruculuğu prosesinə təhdid törədən əsas amillər olduğu vurğulanıb.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər

Ceyhun Bayramov: Ermənistanın sürətli hərbiləşməsi bölgədə dayanıqlı sülh quruculuğu prosesinə təhdiddir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov İsrail XİN-in baş direktoru ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov Ukraynanın yeni XİN rəhbəri ilə telefon danışığı aparıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov Türkiyə XİN-in Şərqi Avropa və Cənubi Qafqaz Baş İdarəsinin rəisini qəbul edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov Abdullahiyanla Azərbaycanın İrandakı səfirliyinin bərpasını müzakirə edib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər