İtaliya Prezidenti: Çernobbio Forumu qitə üçün bir fürsətdir
Bu forum qitə üçün bir fürsətdir, çalışırıq belə tədbirləri keçirərək fikir və təklifləri bölüşək.
"Report" xəbər verir ki, bunu İtaliya Prezidenti Sergio Mattarella “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda onlayn çıxışı zamanı deyib.
“Qərarlarımız Aİ çərçivəsində yekdil olmalıdır. Birmənalı olaraq bu gün biz həmrəylik dəyərlərini davam etdiririk. Biz bilirik ki, bu forum Avropanın siyasi səhnəsində uzunmüddətli bir layihədir", - o qeyd edib.
İtaliya prezidenti vurğulayıb ki, sülh səyləri dayanmamalı, həmçinin islahatlar davam etdirilməlidir:
"Bəzi hallarda Aİ-nin bir sıra üzvləri elə vəziyyətdə qalırlar ki, qəbul edilməyən seçimlər edirlər. Bəziləri bunu iqtisadi və siyasi məsələlərlə əlaqələndirirlər. Biz bu uzun yolda irəliyə gedərkən bir-birimizin maraqlarını nəzərə almalı, Aİ-nin maliyyə durumunu fikirləşməliyik. İtaliya Aİ-yə müraciət edərək yaşıl keçidə daha böyük diqqət yetirilməsinə çalışır. Həmçinin süni zəka sahəsinə, onun inkişafına diqqət yetirilməlidir, sülh üçün səylər dayanmamalıdır".
Oxşar xəbərlər
İlham Əliyevin İtaliya Prezidenti ilə birgə işçi naharı başlayıb
Azərbaycan dövlət başçısının İtaliya Prezidenti ilə birgə işçi naharı başlayıb
Azərbaycan dövlət başçısının İtaliya Prezidenti ilə birgə işçi naharı olub - YENİLƏNİB
ISIA-nın vitse-prezidenti: İtaliya Azərbaycanla sıx əməkdaşlığı bundan sonra da davam etdirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
