Şöbə müdiri: Fransa Mayot adasını iqtisadi maraqlara görə işğal edib
sizinxeber.az xəbər saytı

Şöbə müdiri: Fransa Mayot adasını iqtisadi maraqlara görə işğal edib


Fransa Mayot adasını iqtisadi maraqlara görə işğal edib.

“Report” xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Cavid Vəliyev Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən "Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı" adlı konfransda “Mayotun Fransaya birləşdirilməsi və Qəmərlilərə vurulmuş ziyan” mövzusunda çıxış edərkən deyib.

Onun sözlərinə görə, Qəmər adalarında xalqlar dinc şəraitdə yaşayıblar: "Mayot adası Qəmər adalarına daxildir, ancaq Fransa açıq şəkildə adaların ərazi bütövlüyünü pozur. Fransa 1995-ci ildə Qəmər adalarının bütövlüyünü formalaşdıran digər üç adadan bu adaya sərbəst səyahətə məhdudiyyət yaratdı, viza tətbiq etdi. Bu, beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. 2011-ci ildə isə Fransa Mayot adasını özünü bir vilayətinə çevirdi. Çoxları bunu Mayotun işğalı kimi qiymətləndirir”.

C.Vəliyev bildirib ki, Mayot adasının strateji bir mövqedə yerləşdiyini nəzərə aldıqda Fransanın buranı niyə öz nəzarəti altında saxlamaqda maraqlı olduğunu görmək mümkündür: “Fransanın 33 ölkədə hərbi attaşeliyi var və onlardan 13-ü Hind-Sakit Okean bölgəsindədir. Fransa işğal etdiyi Mayotu öz ərazisi kimi görür. Maraqlıdır, Fransa Mayotu öz ərazisi hesab edirsə, niyə oraya hərbi hissə yerləşdirir?"

Ekspert vurğulayıb ki, Fransa neokolonial maraqlarını bölgədə qoruyur: “Fransanın Avropa İttifaqına daxil olmayan ölkələrlə ticarət dövriyyəsinin 40 faizi Mayot adasından gəlir. Ona görə də Fransanın Mayot adasını iqtisadi maraqlara görə işğal etdiyini deyə bilərik”.

Oxşar xəbərlər

Mohamed Monjuan: Fransa müstəmləkəyə çevirdiyi ərazilərdə xalqların fikirlərini nəzərə almır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabiq səfir: Fransanın kolonializm siyasəti Mayot adasında bir çox insanın ölümünə səbəb olur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hüquqşünas: Fransa Mayotda qeyri-qanuni işğalla insanların taleyi ilə oynayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Abbas Abbasov: Fransa Mayot adasının işğalının beynəlxalq təşkilatlarda müzakirəsinə imkan vermir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mayot adasının Fransa tərəfindən işğalı ilə bağlı Bakıda konfrans keçirilir - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər