Azərbaycan səfiri Dominikan prezidentinin andiçmə mərasiminə qatılıb
Azərbaycanın Kuba və Dominikandakı səfiri Ruslan Rzayev Dominikana yenidən prezident seçilən Luis Abinaderin andiçmə mərasiminə qatılıb.
Bu barədə “Report”un Türkiyə bürosuna Dominikanın Azərbaycan və Türkiyədəki səfiri Elvis Antonio Alam Lora məlumat verib.
Səfir Dominikan Xarici İşlər Nazirliyinə istinadla bildirib ki, dünyanın müxtəlif ölkələrindən olan liderlər yenidən prezident seçilən Luis Abinaderin andiçmə mərasimində iştirak etmək üçün Santo Dominqoya toplaşıblar.
"Dominikanın Müstəqilliyinin Bərpa Gününün 161-cı ildönümündə 87 dövlətin və 21 beynəlxalq təşkilatın rəhbərləri və yüksək vəzifəli şəxsləri arasında Azərbaycanın bu ölkədəki qeyri-rezident səfiri Ruslan Rzayev də olub. Onun mərasimdə Azərbaycan hökumətinin təmsilçisi və Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi kimi iştirakı bizi şərəflədirdi", - məlumatda qeyd olunub.
Qeyd edilib ki, dövlət, hökumət başçılarının və dost xalqların nümayəndələrinin tarixi iştirakı prezidentin beynəlxalq səviyyədə rəhbərliyinin və ölkənin dörd il ərzində göstərdiyi institusional möhkəmlənmənin əlamətidir.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
