Rusiya XİN Putin Bakıda olarkən Ermənistanın atəşkəsi pozmasına münasibət bildirib
Rusiya XİN Vladimir Putin Bakıda dövlət səfərində olan gün Ermənistanın Naxçıvan istiqamətində atəşkəsi pozmasına münasibət bildirib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə qeyd edib ki, Rusiya və Azərbaycan prezidentləri Bakı və İrəvanın barışması məsələsini ətraflı müzakirə ediblər.
“Prezidentlər birgə mətbuat konfransında bu məsələnin üzərində ətraflı dayanıblar. Bizim bu trekdə bütün səylərimiz Bakı və İrəvanla strateji münasibətlərimizin ruhuna cavab verir. O ki qaldı, Ermənistan-Azərbaycan sərhədində gərginliyin mümkün artmasına, biz İrəvan və Bakını müntəzəm olaraq təmkinli olmağa, vəziyyəti gərginləşdirəcək addımlardan çəkinməyə, bütün mübahisəli məsələləri istisnasız olaraq sülh, siyasi və diplomatik yolla həll etməyə çağırırıq”.
Oxşar xəbərlər
Zaxarova: Ermənistan Zəngəzurdan keçən kommunikasiyalara Rusiya sərhədçilərinin nəzarətindən imtina edib
Vladimir Putin rəsmi səfər çərçivəsində Azərbaycana yola düşüb
Zaxarova: Ukraynanın Kurska hücumu Qərbin tam dəstəyi ilə həyata keçirilir
Rusiya Prezidenti Vladimir Putin Azərbaycana gəlib - FOTO - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlanıb
