Rusiya Prezidenti Vladimir Putin Azərbaycana gəlib - FOTO - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
18 
avq
2024
21:50
0
0
1 431

Rusiya Prezidenti Vladimir Putin Azərbaycana gəlib - FOTO - YENİLƏNİB

18 avq, 2024
21:50
1 431

Rusiya Prezidenti Vladimir Putin Azərbaycana gəlib - FOTO - YENİLƏNİB

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin avqustun 18-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.

Sizinxeber.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Rusiya Prezidenti Vladimir Putini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.

***

20:56

Rusiya prezidenti Vladimir Putin iki günlük rəsmi səfər çərçivəsində Azərbaycana yola düşüb.

Sizinxeber.az xəbər verir ki, bu haqda Rusiyanin “RİA Nivosti” agentliyi məlumat yayıb.

Agentliyin yaydığı məlumata görə Vladimir Putin və İlham Əliyev Bakıda Azərbaycan-Ermənistan məsələsi və digər məsələləri müzakirə edəcəklər.

Bizimlə əlaqə saxlayın