Polad Bülbüloğlu: ABŞ-nin Azərbaycan və Ermənistandan keçəcək yol ideyası siyasiləşdirməməlidir
ABŞ-nin Azərbaycan və Ermənistanı əhatə edəcək yeni yol layihəsi siyasiləşdirilməməlidir.
“Sizinxeber.az” xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu TASS İnformasiya Agentliyinə müsahibəsində deyib.
“Vaşinqton Rusiya və Çindən yan keçməklə belə bir nəqliyyat marşrutu açmaq planlarını nəzərdən keçirir. Mən bu məsələni siyasiləşdirməzdim. Məsələ ondadır ki, bu, hər hansı yeni dəhliz açılanda sınaqdan keçirilmiş və əlverişli olanlardan dərhal imtina edilib yeni marşruta qaçılacağı demək deyil. Bunun üçün uzun zaman, böyük vəsaitlər və bir çox ölkələrin razılığı lazımdır”, - o bildirib.
Səfir qeyd edib ki, nəqliyyat imkanlarının müxtəlifliyi biznesin inkişafı üçün yalnız daha çox şərait yaradır: “Nəqliyyat dəhlizi nədir? Bu, yüklərin və insanların daşınması, ticarət üçün bir fürsətdir. Yollar nə qədər çox olsa, bizneslə məşğul olmaq, ticarət və turizmi inkişaf etdirmək bir o qədər əlverişli olur. İstənilən yol ərazilərin inkişafı deməkdir”.
Oxşar xəbərlər
Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub
Polad Bülbüloğlu: Qarabağda Rusiyanın Baş Konsulluğu açıla bilər
Polad Bülbüloğlu: Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdə heç bir dərin ziddiyyət yoxdur
Bülbüloğlu təsdiqlədi: Kamil Zeynallı buna görə saxlanılıb
Qod Nisanova “Dostluq” ordeni təqdim edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb












