Polad Bülbüloğlu səfir kimi fəaliyyətini başa vurub
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada uzunmüddətli diplomatik fəaliyyətini başa vurub.
"Sizinxeber.az"un Rusiya bürosu xəbər verir ki, bu barədə o, Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri ərəfəsində TASS agentliyinə müsahibəsində bildirib.
“Mən Moskvada 18,5 il işləmişəm, bu, diplomatik xidmət üçün çox şeydir və indiki mərhələdə mənə öz doğma Şuşamı parlamentdə təmsil etmək daha düzgün olardı. Qarabağ işğaldan azad edilməsindən sonra deputat olmaq mənim üçün böyük şərəfdir, ümid edirəm ki, məni seçəcəklər. Allah nə qədər ömür verib, onu xalqıma və doğma yurdumun təbiəti ilə ünsiyyətə həsr etmək istəyirəm”, - P.Bülbüloğlu deyib.
O, müsahibəsində atası, görkəmli opera müğənnisi BülBülün Şuşada anadan olduğunu xatırladıb:
“Mən onun dağıdılmış evini bərpa etdim, indi orada ev-muzey var, şadam ki, indi Şuşaya çoxlu turistlər gəlir və Bülbülün ev-muzeyini ziyarət edir”, - P.Bülübüloğlu qeyd edib.
Oxşar xəbərlər
Polad Bülbüloğlu: Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdə heç bir dərin ziddiyyət yoxdur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
