Müharibə başlayandan bəri bir milyon yarımdan çox Rusiya və Ukrayna vətəndaşı Azərbaycana gəlib
2022-ci ilin mart ayından cari ilin iyul ayınadək ümumilikdə 1 milyon 535 min 889 nəfər Rusiya və Ukrayna vətəndaşı Azərbaycana gəlib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.
Komitədən bildirilib ki, 2022-ci ilin mart-dekabr aylarında Rusiyadan 397 min 5 nəfər, Ukraynadan isə 24 min 609 nəfər ölkəyə daxil olub.
Ötən il ərzində isə Rusiyadan Azərbaycana gələnlərin sayında kəskin artım müşahidə olunub. Belə ki, ölkəyə gələn Rusiya vətəndaşlarının sayı 200 mindən çox artaraq 624 min 753 nəfərə çatıb. Ötən il 31 min 267 Ukrayna vətəndaşı da Azərbaycana daxil olub.
Cari ilin yanvar-iyul aylarında 438 min 66 nəfər Rusiya, 20 min 189 Ukrayna vətəndaşı da Azərbaycana giriş edib.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb.
Oxşar xəbərlər
Azərbaycana turist axını 31% artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycana hava nəqliyyatı ilə səyahət edənlərin sayı təxminən 37 % artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin: Qərb 2022-ci ilin yazında Rusiya ilə Ukrayna arasında sülh müqaviləsinin bağlanmasına mane oldu [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycana turist gəlişi 34% artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yanvarda Azərbaycana 165 mindən çox əcnəbi gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












