Pakistanın yeni səfiri: Azərbaycanla əməkdaşlığı daha da inkişaf etdirməyə çalışacağıq
Pakistan hökumətinin başçısı Məhəmməd Şahbaz Şərif bu ilin noyabrında Bakıda keçiriləcək COP29 konfrasında iştirak etmək niyyətindədir.
APA xəbər verir ki, bunu Pakistanın Azərbaycandakı yeni səfiri Qasım Mohiuddin bildirib.
Səfir vurğulayıb ki, hər iki dövlət yalnız ikitərəfli deyil, eyni zamanda beynəlxalq platformalar çərçivəsində möhkəm əlaqələrə malikdir.
"Ölkələrimiz arasındakı dostluğu çox yüksək qiymətləndirirəm. Yaxın keçmişdə Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olub. Mən inanıram ki, həm sizin dövlətin Pakistandakı diplomatik nümayəndəliyi, həm də biz öz tərəfimizdən iqtisadiyyat, müdafiə, eləcə də təhsil sahəsində əməkdaşlığın, o cümlədən xalqlarımız arasındakı münasibətlərin daha da inkişaf etdirilməsi üçün bütün mümkün vasitələrdən istifadə edəcəyik. Pakistan hər zaman, xüsusilə də Qarabağ məsələsində daim Azərbaycanın yanında olub, haqlı mövqeyini dəstəkləyib", - deyə diplomat qeyd edib.
Oxşar xəbərlər
Səfir: Pakistanla Azərbaycan arasında əməkdaşlığı daha da inkişaf etdirməyə çalışacağıq
Pakistanın Azərbaycandakı səfirliyində Müstəqillik Günü münasibətilə tədbir keçirilib
Pakistanın yeni səfiri etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
