Ərdoğanla Kasım-Jomart Tokayevin görüşü başlayıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaraya rəsmi səfər edən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi Prezident sarayında təntənəli mərasimlə qarşılayıb.
APA xəbər verir ki, rəsmi qarşılanma mərasimində hər iki ölkənin dövlət himnləri səsləndirilib, 16 türk dövlətini təmsil edən bayraqlar və əsgərlər təqdim olunub, 21 yaylım top atəşi açılıb.
Tokayev, Mühafizə Alayının fəxri qarovulunu “Merhaba əsgər” deyərək salamlayıb. Liderlər qarşılıqlı olaraq nümayəndə heyətlərini təqdim etdikdən sonra media qarşısında əl sıxaraq foto çəkdiriblər.
Prezidentlər təkbətək görüşdən sonra Türkiyə–Qazaxıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasına birgə sədrlik edəcəklər. Görüşlərdən sonra imzalanma mərasimi və birgə mətbuat konfransı keçiriləcək. Prezident Ərdoğan həmçinin Tokayevin şərəfinə rəsmi ziyafət verəcək və ona Türkiyə Cümhuriyyəti Dövlət Ordeni təqdim edəcək.
Oxşar xəbərlər
Kasım-Jomart Tokayev Türkiyədə rəsmi səfərdədir
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin rəsmi qarşılanma mərasimi olub
Ankarada Tokayev və Ərdoğan arasında rəsmi görüş başlayıb - YENİLƏNİB
Qazaxıstan Prezidenti Türkiyədə səfərə gəlib
Qazaxıstan Prezidenti Türkiyəyə rəsmi səfər edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













