Azərbaycan və Ermənistan delimitasiya işlərinə dair təlimat layihələrinin mətnlərini razılaşdırıb
sizinxeber.az xəbər saytı

Azərbaycan və Ermənistan delimitasiya işlərinə dair təlimat layihələrinin mətnlərini razılaşdırıb


Azərbaycan və Ermənistan tərəfləri delimitasiya işlərinin həyata keçirilməsi qaydasına dair təlimat layihələrinin mətnlərini razılaşdırıb və mübadilə ediblər.

Sizinxeber.az xəbər verir ki, bu, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının Katibliyinin yaydığı məlumatda əksini tapıb.

Sözügedən təlimatlar aşağıdakılardır:

• “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası zamanı delimitasiya üzrə ekspert qruplarının iş qaydası haqqında Təlimat”;

• “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiya xəritəsinin hazırlanması haqqında Təlimat”;

• “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiya sənədlərinin tərtibatı və nəşri qaydası haqqında Təlimat”.

Oxşar xəbərlər

Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib, protokol imzalanıb
Azərbaycanla Ermənistan növbəti mərhələdə delimitasiya işlərinin İranla sərhədə qədər başlanması barədə razılığa gəlib
Bakı və İrəvan delimitasiya üzrə layihələri razılaşdırdı
Azərbaycan və Ermənistan delimitasiya üzrə təlimat layihələrini razılaşdırıb
Azərbaycan-Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın görüşü keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər