Azərbaycan-Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın görüşü keçirilib
Azərbaycan-Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın görüşü keçirilib.
Sizinxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının Katibliyi məlumat yayıb.
Bildirilib ki, fevralın 14-də Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya çərçivəsində videokonfrans formatında işçi görüş keçirilib.
Görüşdə tərəflər delimitasiya işlərinin həyata keçirilməsi üçün tələb olunan təlimat layihələrini müzakirə edib, həmçinin komissiyaların növbəti əyani görüşünün təşkili ilə bağlı məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Tərəflər növbəti görüşün tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.
Oxşar xəbərlər
Azərbaycanla Ermənistan növbəti mərhələdə delimitasiya işlərinin İranla sərhədə qədər başlanması barədə razılığa gəlib
Şahin Mustafayev və Mher Qriqoryan nəqliyyat kommunikasiyaları məsələlərini müzakirə ediblər
Sərhəddə Azərbaycan-Ermənistan delimitasiya komissiyasının növbəti iclası keçirilib
Prezident İlham Əliyev Ermənistanla delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnaməni təsdiq edib
Qazaxın 4 kəndi qaytarıldı – Şad Xəbər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













