Dizel və gübrə ilə yüklənmiş qatar Azərbaycandan Ermənistana yola salınıb - FOTO - VİDEO - YENİLƏNİB
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb.
APA xəbər verir ki, bu gün Biləcəri stansiyasından Ermənistana 22 vaqon (1298 ton) dizel yanacağı göndərilib.
Eyni zamanda, Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 4 vaqondan ibarət, çəkisi 240 ton olan gübrə yola salınıb.
Qeyd edək ki, indiyədək Azərbaycandan Ermənistana 6312 ton dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.
Xatırladaq ki, bu günə kimi Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 23,9 min ton taxıl, 1100 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib.
***
07:47
Bugün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq.
APA xəbər verir ki, eyni zamanda, Rusiyadan Ermənistana 4 vaqon gübrə tranzitlə göndəriləcək.
Oxşar xəbərlər
Ermənistana dizel yanacağı və gübrə daşıyan qatar Biləcəridən yola düşüb - YENİLƏNİB
Bugün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
Azərbaycandan Ermənistana göndərilən 900 tona yaxın dizel yanacağı Bakıdan yola düşüb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
