Azərbaycan və Pakistan arasında siyasi məsləhətləşmələrin növbəti raundu gələn il keçirilə bilər
Azərbaycan və Pakistan arasında siyasi məsləhətləşmələrin növbəti raundu gələn il, hökumətlərarası komissiyanın 9-cu iclası isə bəlkə də iki il sonra keçirilə bilər.
Bunu “Report”a açıqlamasında Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin deyib.
O xatırladıb ki, Azərbaycan - Pakistan Hökumətlərarası Birgə Komissiyasının VIII iclası İslamabad şəhərində yanvarın 24-də keçirilib:
“Bu, adətən illik görüş olur, lakin gündəliyi çox geniş olduğundan təşkil edilməsi təxminən bir neçə il çəkir. Yanvarda həmçinin siyasi məsləhətləşmələrimiz olmuşdu. Buna görə də düşünürəm ki, siyasi məsləhətləşmələr gələn il, yüksək səviyyəli hökumətlərarası görüş isə bəlkə də, iki ildən sonra baş tuta bilər”.
Diplomat daha sonra cari ildə baş tutacaq qarşılıqlı yüksək səviyyəli səfərlər barədə sualı cavablandıraraq bildirib ki, bi səfərlər münasibətlərimizin əsas göstəricisidir:
“Bu, əslində, aramızdakı yaxşı əlaqələri göstərir. Yaxın gələcəkdə hər hansı bir səfər gözlənilmir. Lakin baş nazirimiz yenidən Prezidenti ən qısa zamanda Pakistana səfərə dəvət edib və inşallah, biz onun Pakistana səfərini səbirsizliklə gözləyirik. Pakistan onun evidir, istədiyi zaman ona uyğun olan vaxtda səfər edə bilər”.
MƏLUMAT YENİLƏNİR
Oxşar xəbərlər
Azərbaycan-Pakistan Hökumətlərarası Komissiyası üç illik fasilədən sonra fəaliyyətini bərpa edib
Dekabrda Azərbaycan-Pakistan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
Rusiya-ABŞ məsləhətləşmələrinin ikinci raundu aprelin ortalarında Ər-Riyadda baş tuta bilər
Pakistan səfiri: Azərbaycanla məsləhətləşmədən sonra Ermənistanla münasibətlərə baxıla bilər
Bu il Mərakeş-Azərbaycan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












