İstanbulda Türkiyə, İtaliya və Liviya liderləri arasında görüş keçirilir
sizinxeber.az xəbər saytı

İstanbulda Türkiyə, İtaliya və Liviya liderləri arasında görüş keçirilir


İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, İtaliya Baş naziri Corcia Meloni və Liviyanın Baş naziri Əbdülhəmid əl-Dbeybə arasında sammit keçirilir.

Sizinxeber.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bosphor sahilində yerləşən Dolmabahçə Sarayında keçirilən görüş, Liviyada sabitliyin bərpasına yönəlmiş siyasi proses və miqrasiya axınları məsələlərinə fokuslanıb.

Liviyanın Milli Razılıq Hökumətinin (GNA) yaydığı açıqlamaya əsasən, sammitdə ortaq maraq doğuran strateji məsələlər – əsasən Aralıq dənizi regionunda iqtisadi əməkdaşlıq və inkişaf, enerji və neft sahələrində tərəfdaşlığın gücləndirilməsi, habelə qeyri-qanuni miqrasiya və onun regional təhlükəsizlik və sabitliyə təsiri müzakirə olunub.

Açıqlamada vurğulanır ki, bu sammit "Liviya, Türkiyə və İtaliya arasında davam edən koordinasiyanın bir hissəsidir və region xalqlarının mənafelərinə xidmət edən, sabitlik və beynəlxalq əməkdaşlığı dəstəkləyən ortaq yanaşmaların təşviqinə yönəlib."

Oxşar xəbərlər

Rəcəb Tayyib Ərdoğan ilə Ciorcia Meloni arasında telefon danışığı olub
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
Ərdoğan Yunanıstanın baş naziri Miçotakis ilə görüşüb
İtaliya Baş naziri Si Cinpinlə görüşüb
Ceyhun Bayramov: Prezident Ərdoğanla görüşdə Azərbaycan-Türkiyə müttəfiqliyinin əhəmiyyəti bir daha vurğulanıb - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər