Suriya Prezidenti Azərbaycana işgüzar səfərə gəlib - YENİLƏNİB
Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa iyulun 12-də Azərbaycana işgüzar səfərə gəlib.
"Sizinxeber.az" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Suriya Prezidenti Əhməd Əl Şaraanı Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.
Suriya Prezidenti Əhməd əl-Şaraa Azərbaycana işgüzar səfər edəcək.
Bu barədə "Sizinxeber.az" Suriyanın "Sana" agentliyinə istinadən xəbər verir.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin Əhməd əl-Şaraa ilə sonuncu görüşü aprelin 11-də Antalyada baş tutub. Danışıqlar zamanı İlham Əliyev əl-Şaraanı Azərbaycana səfərə dəvət edib.
Mayın 4-də Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi Azərbaycan hökumətinin nümayəndə heyəti ölkənin bərpası və inkişafına dəstək vermək, habelə hazırkı keçid hökuməti ilə iqtisadiyyat, enerji, mədəniyyət və təhsil kimi sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə etmək məqsədilə Suriyaya səfər edib.
Oxşar xəbərlər
İlham Əliyev Suriyanın keçid dövrü Prezidentini Azərbaycana səfərə dəvət edib
İlham Əliyev Suriya keçid dövrü Prezidentini Azərbaycana səfərə dəvət edib
Şimali Makedoniya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Somali Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycana rəsmi səfərə gəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Oyun zamanı meydançada öldü
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir












