Diplomatların IX müşavirəsində parlamentlərarası əməkdaşlıq müzakirə olunub
Diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsinin “Xarici siyasətin kommunikasiyası və parlament diplomatiyası” mövzusunda beşinci paneli Azərbaycan Respublikasının Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi, mətbuat katibi Ayxan Hacızadənin əsas natiqlər qismində iştirakı ilə baş tutub.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Panel müzakirəsi çərçivəsində parlamentlərarası əməkdaşlığın perspektivləri, parlament diplomatiyasının xarici siyasətdə rolu, xarici siyasətin kommunikasiyası, hibrid təhdidlər və dezinformasiya ilə mübarizədə strateji kommunikasiya, ictimai diplomatiya və süni intellektin kommunikasiyada tətbiqi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Diplomatların müşavirəsində Ermənistanla delimitasiyası və demarkasiya planları müzakirə olunub
Diplomatlara Azərbaycanın beynəlxalq inkişafa yardım siyasətinin prioritetlərindən bəhs olunub
Azərbaycanlı deputatlar Türkiyəyə səfər edəcəklər
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə regional məsələləri müzakirə edib - YENİLƏNİB
Azərbaycan və Gürcüstan parlamentlərarası dostluq qruplarının yeni formatda görüşü planlaşdırılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













