Azərbaycan Keniyanın Gənclərin Liderlik və İnnovasiya Mərkəzinə maliyyə yardımı təqdim edib
sizinxeber.az xəbər saytı

Azərbaycan Keniyanın Gənclərin Liderlik və İnnovasiya Mərkəzinə maliyyə yardımı təqdim edib


Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) Keniyada Gənclərin Liderliyi və İnnovasiya Mərkəzinin yaradılması layihəsinə qoşulub.

Bu barədə "Sizinxeber.az"a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Mərkəz paytaxt Nayrobi şəhərində fəaliyyət göstərəcək. Layihə gənclərin bacarıqlarının və cəmiyyətdə rolunun artırılması, liderlik qabiliyyətlərinin inkişaf etdirilməsi, uğurlu karyera qurmaları üçün səyləri gücləndirmək məqsədi daşıyır.

İyulun 4-də Mərkəzin təqdimat mərasimi keçirilib. AİDA-nın layihənin maddi-texniki təminatı üçün ayırdığı, iki mərhələdə sərf ediləcək toplam 34 min ABŞ dolları məbləğində maliyyə yardımı Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev tərəfindən Mərkəzə təqdim olunub.

Mərasimdə AİDA ilə Keniya Xüsusi Təlim-Tədris İnstitutu və digər layihə tərəfdaşları arasında niyyət sənədi imzalanıb.

Çıxış edənlər bu humanitar layihədə AİDA-nın iştirakını Azərbaycan və Keniya arasında dinamik inkişaf edən münasibətlərin tərkib hissəsi olaraq qiymətləndirib.

Oxşar xəbərlər

Azərbaycan Əfqanıstanda xalçaçılıq mərkəzinin yaradılmasını maliyyələşdirəcək
AİDA İƏİT-in İnkişafa Yardım Komitəsinin yüksək səviyyəli iclasında iştirak edib
AİDA İordaniyada İnklüziv təhsil üçün kompüter laboratoriyasını əsaslı təmir edib
Azərbaycan Keniyadakı xüsusi məktəbə humanitar yardım edib
Azərbaycan səfiri Keniyanın gənclər naziri ilə innovasiya, yaşıl enerji sahələrində əməkdaşlığı müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle