Azərbaycan Əfqanıstanda xalçaçılıq mərkəzinin yaradılmasını maliyyələşdirəcək
Kabulda Peşəkar Xalçaçılıq Mərkəzinin yaradılması layihəsinin maliyyələşdirilməsi haqqında saziş imzalanıb.
“Sizinxeber.az” İslam Əməkdaşlıq Təşkilatına (İƏT) istinadən xəbər verir ki, saziş İƏT-in Əfqanıstandakı missiyası, Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) və Azərbaycanın Kabuldakı səfirliyi arasında bağlanıb.
"Ənənəvi əfqan sənətkarlığının qorunması və inkişafı üçün xalçaçılıq üzrə texniki və peşəkar təlim mərkəzinin yaradılması" adlı layihə Əfqanıstanda xalçaçılıq ənənələrinin qorunması və təbliğinə yönəlib. Təşəbbüs çərçivəsində yerli ustaların, ilk növbədə, qadınlar və gənclərin təlim keçməsi planlaşdırılır.
"AIDA-nın maliyyə dəstəyi ilə bu təşəbbüs çərçivəsində müasir toxuculuq texnologiyaları, biznesin inkişafı və bazarlara çıxış üzrə təlimlər təşkil ediləcək ki, bu da yaşayış vasitələrinin davamlı şəkildə təmin edilməsinə və iqtisadi perspektivlərin gücləndirilməsinə töhfə verəcək", - İƏT-dən bildirilib.
Oxşar xəbərlər
Əfqanıstanda “Əfşar Ulduzu” Tədris Mərkəzi fəaliyyətə başlayıb
ADY dəmir yolu sektorunun rəqəmsallaşdırılması çərçivəsində İT akademiyası yaradacaq
AİM-in rəhbəri: "Qarabağ Universiteti ilə elmi-tədqiqat laboratoriyalarının yaradılması planlaşdırılır"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
