Azərbaycan Keniyadakı xüsusi məktəbə humanitar yardım edib
sizinxeber.az xəbər saytı

Azərbaycan Keniyadakı xüsusi məktəbə humanitar yardım edib


Azərbaycan və Keniya arasında dinamik inkişaf edən münasibətlərin tərkib hissəsi olaraq Xarici İşlər Nazirliyinin (XİN) nəzdində fəaliyyət göstərən Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) tərəfindən Keniyanın Vihiqa əyalətində yerləşən Müqəddəs Ursula adına Çamakanqa xüsusi məktəbinin zəruri ehtiyaclarının ödənilməsi üçün 20 min ABŞ dolları məbləğində humanitar yardım göstərilib.

Bu barədə “Report”a XİN-dən məlumat verilib.

Məlumata görə, humanitar yardım çərçivəsində məktəbdə təhsil alan və yaşayan əqli qüsurlu uşaqların bir sıra təxirəsalınmaz sosial tələbatları, həmçinin məktəb binasının ən təcili maddi-texniki ehtiyacları təmin ediləcək.

AİDA-nın humanitar aksiyası münasibəti ilə martın 7-də məktəbdə təşkil edilən təqdimat mərasimində Vihiqa əyalətinin qubernatoru Dr. Uilber Ottiçilo, Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev, Keniya təhsil nazirinin birinci müavini Beatris İnyangala, millət vəkililəri Beatris Adagala və Klement Sloya, Vihiqa əyalətinin müvəkkili Florens Sitava və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Oxşar xəbərlər

Türkiyə Suriyaya humanitar yardım göndərib
Keniya su təchizatı infrastrukturunun inkişafı üçün Azərbaycanın təcrübəsindən istifadə etmək istəyir
İran Ermənistana 50 ton yardım göndərir
Paris konfransı Livana humanitar və hərbi yardım üçün 1 milyard dollar toplayıb
Pakistan Fələstin xalqına növbəti humanitar yardım göndərib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle