Səfir: Venesuela ilə Azərbaycan arasında əlaqələr möhkəmlənir
sizinxeber.az xəbər saytı

Səfir: Venesuela ilə Azərbaycan arasında əlaqələr möhkəmlənir


Bakıda Venesuela Bolivar Respublikasının Müstəqillik Gününün 214-cü ildönümü ilə bağlı tədbir keçirilib.

APA xəbər verir ki, Venesuela səfiri Kristofer Martinez Berroteran bildirib ki, Azərbaycan və Venesuela arasında əlaqələr möhkəmlənir, eyni zamanda, iki ölkə təhsil, mədəniyyət və bir sıra digər sahələrdə müştərək layihələr üzərində çalışır.

Səfir Venesuelanın azadlıq və müstəqillik yolunda keçdiyi çətinliklərdən danışıb. Venesuela səfiri dünyada yenidən neokolonializm və faşizmi dirçəltmək meyllərinin müşahidə olunduğunu diqqətə çatdırıb.

Kristofer Martinez ölkəsinin dünyada sülh üçün çalışdığını ifadə edib. O, ölkəsinin çoxqütblü dünyanın qurulmasına çalışdığını bildirib.

Diplomat Venesuela Prezidenti Nikolas Maduronun iyul ayının 25-dən 30-na kimi keçirilməsi gözlənilən sülh sammitinə dünya liderlərini dəvət etdiyini bəyan edib.

Tədbirin davamında Venesuelanın müstəqillik yolunun tarixi ilə bağlı qısametrajlı filmlər nümayiş etdirilib.

Tədbir çıxışlarla başa çatıb.

Oxşar xəbərlər

Azərbaycanla Venesuela arasında konsulluq məsləhətləşmələri aparılıb
Rusiya və Venesuela arasında strateji tərəfdaşlıq sazişi imzalanıb
Prezident İlham Əliyev Nikolas Maduronu təbrik edib
Venesuela vətəndaşlarına ABŞ-ı tərk etməyi tövsiyə edib
Nikolas Maduro üçüncü dəfə Venesuela Prezidenti olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle