D-8-in baş katibi: Bu ay Bakıda Gənclər Forumu keçiriləcək
sizinxeber.az xəbər saytı

D-8-in baş katibi: Bu ay Bakıda Gənclər Forumu keçiriləcək


D-8 təşkilatı iyul ayında Bakıda Gənclər Forumu keçirməyə hazırlaşır.

"Report"un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu D-8-in baş katibi İsiaka Abdulqadir İmam Ağdamda ECO Gənclər Forumu çərçivəsində keçirilən "Ölkə Müdaxilələri: “Gənclərin Milli Strategiyalarının Dayanıqlı İnkişafa Töhfəsinin Qiymətləndirilməsi” üzrə Milli Perspektivlər mövzusunda panel sessiyanın iştirakçılarına unvanladığı videomuraciətdə deyib.

O müraciətində vurğulayıb ki, Bakı bu ay D-8-in Gənclər Forumuna ev sahibliyi edəcək:

"D-8 gənc nəslin potensialının üzə çıxarılmasına kömək edən proqramların həyata keçirilməsində Azərbaycanın və digər iştirakçı ölkələrin dəstəyinə, həmçinin tərəfdaşlar və beynəlxalq təşkilatlar, o cümlədən İƏT ilə qarşılıqlı fəaliyyətə ümid edir".

Oxşar xəbərlər

Nazir: Ağdamda keçirilən beynəlxalq tədbirdə gənclərin fəaliyyət planı hazırlanacaq
Ağdamda ECO Forumu çərçivəsində gənclərin milli strategiyaların inkişafına töhfəsi müzakirə edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər