Azərbaycan Prezidenti Somali liderinə təbrik məktubu göndərib
sizinxeber.az xəbər saytı

Azərbaycan Prezidenti Somali liderinə təbrik məktubu göndərib


Prezident İlham Əliyev Somali Federativ Respublikasının Prezidenti Həsən Şeyx Mahmuda təbrik məktubu göndərib.

"Report" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Somali Federativ Respublikasının milli bayramı münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Azərbaycan ilə Somali arasında münasibətlər son dövrdə yüksələn xətt üzrə inkişaf edir. Fevral ayında Sizin ölkəmizə rəsmi səfəriniz dövlətlərarası əlaqələrimizin tarixində xüsusi yer tutur. Mən Sizinlə səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşümüzü ən xoş təəssüratlarla xatırlayıram.

Hazırda Azərbaycan-Somali ikitərəfli münasibətlərinin gündəliyinin genişləndirilməsi üçün yaxşı şərait formalaşmışdır. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında dostluq əlaqələrin möhkəmləndirilməsi, ikitərəfli qaydada və çoxtərəfli müstəvilərdə əməkdaşlığımızın inkişafı istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti Surinamın dövlət başçısını təbrik edib
İlham Əliyev İsrail Prezidenti İsxak Hersoqu təbrik edib
Azərbaycan Prezidenti iranlı həmkarını təbrik edib
Somali dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər