“Yaşayış minimumu haqqında” qanuna dəyişiklik birinci oxunuşda qəbul edilib
sizinxeber.az xəbər saytı

“Yaşayış minimumu haqqında” qanuna dəyişiklik birinci oxunuşda qəbul edilib


Parlament “Yaşayış minimumu haqqında” qanuna dəyişikliyi ilk oxunuşda qəbul edib.

"Sizinxeber.az" xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında müvafiq dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, Azərbaycanda minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tibb, təhsil və sosial sahəyə aid müəssisələrdəki şəxslərin qida normalarını müəyyən edəcək.

Qeyd edilib ki, qanun layihəsi ölkə ərazisində tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normalarının yenilənməsinin hüquqi əsasının yaradılması və yeni qida normalarının müəyyən edilməsi məqsədilə hazırlanıb.

Hazırda qeyd olunan müəssisələrdə qida normaları Nazirlər Kabinetinin 9 mart 1994-cü il tarixli qərarına uyğun olaraq müəyyən edilir. Həmin normaların müəyyən edildiyi tarixdən uzun müddət keçməsinə baxmayaraq bu normalarda mahiyyəti üzrə ciddi dəyişiklik edilməyib. Bu baxımdan adıçəkilən müəssisələrdə istifadəsi məqsədəuyğun olan qida məhsullarının çeşidliliyinin minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibinə uyğunlaşdırılmasına, həmçinin müxtəlif növ xəstəliklərin müalicə metodikasından irəli gələrək tibb müəssisələrində yeni qida normalarının müəyyən edilməsinə ehtiyac yaranıb.

Qanun qəbul edildikdən sonra minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibi əsasında tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin yeni qida normaları təsdiq ediləcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Oxşar xəbərlər

Azərbaycanda tibb, təhsil və sosial müdafiə müəssisələrində yeni qida normaları təsdiq ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xəstəxanalar, təhsil və sosial müəssisələrdə yeni qida normaları müəyyənləşəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin müəyyən olunması ilk oxunuşda təsdiqlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Uşaq hüquqları haqqında” qanuna dəyişiklik ilk oxunuşda qəbul edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yaşayış minimumu ilə bağlı qanunda dəyişikliklər nələr VƏD EDİR? [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər