Yaşayış minimumu ilə bağlı qanunda dəyişikliklər nələr VƏD EDİR?
"Yaşayış minimumu haqqında" Qanununda dəyişiklik edilir. Layihə Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilərək plenar iclasa tövsiyə olundu".
Sizinxəbər.Az xəbər verir ki, bu barədə iqtisadçı deputat Vüqar Bayramov paylaşım edib.
Deputat bildirib ki, yeni dəyişikliklərə əsasən, tibb və təhsil müəssisələri ilə yanaşı, sosial sahəyə aid müəssisələrdə şəxslər üçün də yeni qida normaları təsdiq ediləcək.
"Belə ki, mövcud qanunvericilikdə sosial sahəyə aid müəssisələr üçün normaların təsdiqi nəzərdə tutulmur və bu da institutsional olaraq onların bu imkandan tam faydalanmasına imkan vermirdi. Yeni dəyişikliklər bu boşluğu aradan qaldıracaq.
Eyni zamanda, gözlənilir ki, sonuncu dəfə 11 il öncə təsdiq edilən minimum istehlak səbətinin yeni tərkibi bu il müəyyənləşərək təsdiq olunacaq. Bu da sözügedən qanunun 3.2-ci maddəsinin tələblərinə uyğun həyata keçirilir.
Minimum istehlak səbətinin yeni tərkibinin müəyyənləşdirilməsi son təsdiqdən ötən dövrdə yaranan xərclərin də nəzərə alınmasına imkan verəcək. İstehlak səbətinin yeni tərkibinin müəyyənləşməsi hazırda dəyəri 285 manat olan yaşayış minimumunun növbəti dövrlərdə də artırılması üçün imkanlar yaradacaq. Bu isə xüsusən sosial dəstəyə daha çox ehtiyacı olan vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi baxımdan vacibdir", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Azərbaycanda tibb, təhsil və sosial müdafiə müəssisələrində yeni qida normaları təsdiq ediləcək
Xəstəxanalar, təhsil və sosial müəssisələrdə yeni qida normaları müəyyənləşəcək
Bu işsiz şəxslərə ödənişlər ediləcək
Boşananlara BƏD XƏBƏR:Aliment məbləği ARTIRILIR
Azərbaycanda 4 il sonra minimum istehlak səbətinin tərkibinə yenidən baxılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













