Azərbaycanda tibb, təhsil və sosial müdafiə müəssisələrində yeni qida normaları təsdiq ediləcək
sizinxeber.az xəbər saytı

Azərbaycanda tibb, təhsil və sosial müdafiə müəssisələrində yeni qida normaları təsdiq ediləcək


Azərbaycanda minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tibb, təhsil və sosial sahəyə aid müəssisələrdəki şəxslərin qida normalarını müəyyən edəcək.

"Report" xəbər verir ki, bununla bağlı “Yaşayış minimumu haqqında” qanunda dəyişiklik olunması təklif edilir.

Sənəd Milli Məcisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünki iclasında müzakirəyə çıxarılıb.

İclasda bildirilib ki, qanun layihəsi ölkə ərazisində tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin qida normalarının yenilənməsinin hüquqi əsasının yaradılması və yeni qida normalarının müəyyən edilməsi məqsədilə hazırlanıb.

Hazırda qeyd olunan müəssisələrdə qida normaları Nazirlər Kabinetinin 9 mart 1994-cü il tarixli qərarına uyğun olaraq müəyyən edilir. Həmin normaların müəyyən edildiyi tarixdən uzun müddət keçməsinə baxmayaraq bu normalarda mahiyyəti üzrə ciddi dəyişiklik edilməyib. Bu baxımdan adıçəkilən müəssisələrdə istifadəsi məqsədəuyğun olan qida məhsullarının çeşidliliyinin minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibinə uyğunlaşdırılmasına, həmçinin müxtəlif növ xəstəliklərin müalicə metodikasından irəli gələrək tibb müəssisələrində yeni qida normalarının müəyyən edilməsinə ehtiyac yaranıb.

Qanun qəbul edildikdən sonra minimum istehlak səbətinin qida məhsulları üzrə tərkibi əsasında tibb müəssisələrində, təhsil müəssisələrində və sosial sahəyə aid müəssisələrdə şəxslərin yeni qida normaları təsdiq ediləcək.

Oxşar xəbərlər

Xəstəxanalar, təhsil və sosial müəssisələrdə yeni qida normaları müəyyənləşəcək
Ali məktəblərdə illik təhsil xərclərinin miqdarının artırılmasının səbəbi açıqlanıb
Alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin müəyyən olunması ilk oxunuşda təsdiqlənib
Uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələblər təsdiqlənib
NK-dan qida və yem məhsulları ilə bağlı qərar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər