14
yan
2025
18:00
yuxarı
Azərbaycan və Maldiv diplomatik, xidməti və rəsmi pasport sahiblərini qarşılıqlı viza tələbindən azad edib
Azərbaycan və Maldiv diplomatik, xidməti və rəsmi pasport sahiblərini qarşılıqlı viza tələbindən azad edib
“Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş” təsdiq edilib.
APA xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Qanunu imzalayıb.
Qanuna əsasən, 2024-cü il noyabrın 15-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilib.