Müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbçilərlə bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib
sizinxeber.az xəbər saytı

Müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbçilərlə bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib


Müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilərlə bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib.

"Report" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Qanuna əsasən, vətəndaşların hərbi qeydiyyat üzrə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş vəzifələrini icra etməməsinə:

- yəni vətəndaşlar (müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər istisna olmaqla) ehtiyata keçirildikdən sonra 7 gün müddətində yaşayış yeri üzrə hərbi qeydiyyata alınmaq üçün müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə;

- hərbi vəzifəlilər (müvafiq icra hakimiyyəti orqanının ehtiyatına keçirilmiş hərbi vəzifəlilər istisna olmaqla) və çağırışçılar yaşayış yerini 3 aydan çox müddətə dəyişdirdikdə, yaşayış yeri üzrə hərbi qeydiyyatdan çıxmamasına və olduğu yer üzrə hərbi qeydiyyata durmamasına;

- hərbi vəzifəlilər və çağırışçılar yaşayış yerini dəyişərkən, 10 gün müddətində hərbi qeydiyyatda olduqları müvafiq icra hakimiyyəti orqanına məlumat verməməsinə görə otuz manat məbləğində cərimə edilir.

Oxşar xəbərlər

Hərbi vəzifəlilərin ehtiyatda olduqları müddətdə hərbi təlim toplanışlarına necə çağırılacaqları müəyyənləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlkin hərbi qeydiyyata alınmaqdan boyun qaçıranlar 100 manat cərimə olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda dəyişiklik edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hərbi çağırışçılar və hərbi vəzifəlilər üçün elektron kabinet yaradılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Müvafiq icra hakimiyyəti orqanında hərbi xidmətdən ehtiyata buraxılanların toplanışlara çağırılması müddəti müəyyənləşir - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər