Fuat Oktay: Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması çox vacibdir
Türkiyənin İstanbul şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin parlamentlərinin xarici əlaqələr komitələrinin sədrlərinin görüşü keçirilib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Türkiyənin "Anadolu" xəbər agentliyi məlumat yayıb.
Türkiyə Böyük Millət Məclisinin (TBMM) xarici əlaqələr komitəsinin sədri Fuat Oktay tədbirdə çıxış edərək bildirib ki, bu gün beynəlxalq ictimaiyyət TDT-nin atdığı addımları və ölkələr arasındakı əməkdaşlığı diqqətlə izləyir.
O, bildirib ki, Cənubi Qafqazda sülh və sabitliyin, əməkdaşlıq mühitinin təmin olunması çox vacibdir.
F.Oktay eyni zamanda Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki vəziyyət barədə də fikirlərini bölüşüb.
Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə Türk dövlətləri arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın uğurla davam etdiyini bildirib.
Toplantının yekununda tərəflər gələcək fəaliyyətlərə dair ortaq bəyanat imzalayıblar.
Qeyd edək ki, TDT-yə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Macarıstan, Şimali Kipr və Türkmənistan təşkilatda müşahidəçi üzv statusunda təmsil olunurlar.
Oxşar xəbərlər
Fuat Oktay: Azərbaycanla Ermənistan arasında sülhün təmini Cənubi Qafqazda inkişaf üçün zəmin ola bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fuat Oktay Azərbaycana gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fuat Oktay: Türkiyə Suriyada terror dövləti qurulmasına icazə verməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fuat Oktay: Bakı-Tbilisi-Qars dəmiryolunun tam həcmdə fəaliyyəti üçün işlər tez başa çatdırılmalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanlı deputatlar Türkiyəyə səfər edəcəklər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












