Nazir: MDB dövlətlərinin Azərbaycanda keçiriləcək idman yarışlarına vəsait ayrılır
sizinxeber.az xəbər saytı

Nazir: MDB dövlətlərinin Azərbaycanda keçiriləcək idman yarışlarına vəsait ayrılır


MDB dövlətlərinin Azərbaycanda keçiriləcək idman yarışlarına vəsait ayrılır.

“Sizinxeber.az” xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, ümumilikdə 2025-ci ilin büdcəsində idmana kifayət qədər vəsait ayrılıb:

“Ölkə iqtisadiyyatının maliyyəsini müəyyən prioritetlər istiqamətində qurmalıyıq. Gəlirlərin və xərclərin artımı arasında mütənasibliyi qorumalıyıq. Son illər təxminən ildə 13 %-dək xərc artımına getmişik. İdmana vəsait ayrılır. Dövlət bütün sahələri maliyyələşdirə bilməz. Şübhəsiz ki, bütün istiqamətlərə vəsaitin ayrılması imkanımız olsa, dövlət bunu edərdi. Bu, dünyanın ən varlı dövlətlərində belə mümkün deyil".

Nazir bildirib ki, dünyadakı iqlim çağırışları və ölkədəki neft resurslarının azalması ilə bağlı qeyri-neft sektoruna diqqət artırılıb:

“Bu sahədə irəliləyişin olması sevindirici haldır. Bu inkişafı qoruyub saxlamalıyıq. Ölkəmizin tarixində builki səviyyədə xərclər büdcəsi olmayıb. 2021-ci illə müqayisədə növbəti il üçün təklif olunan dövlət büdcəsinin xərclər səviyyəsi 50 % artıb. Bu kifayət qədər qısa müddət ərzində təsirli addımdır”.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda III MDB Oyunları keçiriləcək.

Oxşar xəbərlər

Deputat: Dini qurumlara ayrılan vəsaitin əsasən dəyərlərimizin təbliğinə xərclənməsi daha məqsədəuyğundur [xfgiven_updateblue][/xfgiven_updateblue]
HP sədri: 2025-ci ilin dövlət büdcəsində dörd mədaxil mənbəyində azalma nəzərdə tutulur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azad edilmiş ərazilərin bərpasına əhəmiyyətli maliyyə təminatı yaradılacaq – Nazir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir: Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda onkoloji tibb xidmətlərinin maliyyələşdirilməsi artırılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle