Azərbaycanda onkoloji tibb xidmətlərinin maliyyələşdirilməsi artırılacaq
sizinxeber.az xəbər saytı

Azərbaycanda onkoloji tibb xidmətlərinin maliyyələşdirilməsi artırılacaq


Azərbaycanda onkoloji tibb xidmətləri ilə bağlı əlavə vəsaitlərin ayrılmasına dair yaxın zamanlarda təkliflər hazırlanacaq.

“Report” xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, onkoloji tibb xidmətlərinin maliyyələşdirilməsi vacib məsələdir və hər il bu sahəyə 60 milyon manat ayrılır: "Bundan əlavə, ehtiyat fondlarından da əlavə vəsaitlər ayrılır.

Onkoloji tibb xidmətləri hamımızı narahat edən məsələdir. Biz Səhiyyə Nazirliyi, İcbari Sığorta Bürosu, Milli Onkologiya Mərkəzi və Maliyyə Nazirliyi birgə müzakirələr apararaq, bu xidmətlər üçün əlavə vəsaitlərin ayrılması yollarını araşdırmalıyıq. Yaxın zamanda müvafiq təkliflər hazırlanıb hökumətə təqdim ediləcək”.

Oxşar xəbərlər

Nazir: Tibb sahəsində problemlərin olduğunu heç kim inkar etmir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan gələn il "Sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində bəzi xərclərini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əhliman Əmiraslanov: Onkoloji xəstəliklərin icbari tibbi sığortadan kənarda qalması bizi narahat edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il Azərbaycanda 40 min şəxsə əlillik təyin olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu şəxslərin maaşlarının artırılması TƏKLİF EDİLİR [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle