Türkiyə Azərbaycanın istəmədiyi heç bir prosesin içində yer almır
sizinxeber.az xəbər saytı

Türkiyə Azərbaycanın istəmədiyi heç bir prosesin içində yer almır


Regional məsələlər bölgə ölkələrinin iradəsi ilə həll edilməlidir. Bu çərçivədə Azərbaycan və Ermənistan arasında sülhə yönələn müzakirələri yaxından izləyirik.

Far.Az Oxu.az-a istinadla xəbər verir ki, bunu Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Milli Məclisdə Azərbaycan-Türkiyə-Şimalı Kipr Türk Respublikası parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun 3-cü iclasında deyib.

O bildirib ki, Türkiyə Azərbaycanın istəmədiyi heç bir prosesin içində yer almır:

"Ermənistanla Azərbaycan arasında problemlər tamamilə aradan qalxandan sonra Türkiyə də Ermənistanla sərhədlərini açacaq. Regionda davamlı sülhün yolu buradan keçir. Çünki bir ölkənin konstitusiyasında başqa ölkəyə torpaq iddiası varsa, bununla davamlı sülhə nail olmaq mümkün deyil", - deyə türkiyəli deputat vurğulayıb.

Oxşar xəbərlər

Şamil Ayrım: Azərbaycan-Ermənistan sülhü Türkiyə-Ermənistan sərhədlərinin açılmasına yol açacaq
Şamil Ayrım: Türkiyə regionda davamlı sülhün təmin olunması istiqamətində Azərbaycanın atdığı addımları dəstəkləyir
Milli Məclisdə Azərbaycan, Türkiyə, Şimali Kiprin parlamentarilərinin görüşü keçirilir
Ziya Öztürklər: Şimali Kipr türk dünyası üçün Şərqi Aralıq dənizinə açılan qapıdır
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətini qəbul edib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər