Şamil Ayrım: Türkiyə regionda davamlı sülhün təmin olunması istiqamətində Azərbaycanın atdığı addımları dəstəkləyir
Türkiyə regionda davamlı sülhün təmin olunması istiqamətində Azərbaycanın atdığı addımları dəstəkləyir.
“Sizinxeber.az” xəbər verir ki, bunu Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib.
O bildirib ki, Azərbaycan və Türkiyə prezidentlərinin qardaşlığı və dostluğu iki ölkə arasında münasibətlərin yol xəritəsini müəyyənləşdirir. Azərbaycanın inkişafının və əldə etdiyi nailiyyətlərin Türkiyədə böyük qürur hissi doğurduğunu deyən qonaq ölkənin Qafqazın parlayan ulduzu olduğunu vurğulayıb.
Beynəlxalq münasibətlərdə Azərbaycanın artan roluna toxunan Şamil Ayrım bir sıra beynəlxalq təsisatlarda, xüsusilə də Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinə qarşı haqsızlığı və ədalətsizliyi qeyd edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətini qəbul edib - YENİLƏNİB
Prezident TBMM-nin nümayəndə heyətini qəbul edib - YENİLƏNİB
İlham Əliyev: AŞPA-nın Azərbaycana qarşı mövqeyi ərazi bütövlüyümüzü təmin etməyimizlə əlaqədardır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
ASCO-nun "Süleyman Vəzirov" borudüzən gəmisi təmirdən sonra istismara qaytarılıb
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
