Bayram Beqay: Albaniya Azərbaycan ilə dostluq münasibətlərini yüksək qiymətləndirir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
27 
may
2025
19:50

Bayram Beqay: Albaniya Azərbaycan ilə dostluq münasibətlərini yüksək qiymətləndirir

27 may, 2025
19:50
418

Bayram Beqay: Albaniya Azərbaycan ilə dostluq münasibətlərini yüksək qiymətləndirir

Albaniya Respublikasının Prezidenti Bayram Beqay Prezident İlham Əliyevi təbrik edib.

Sizinxeber.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Albaniya xalqı adından və şəxsən öz adımdan Sizə, xalqınıza səmimi təbriklərimi, əmin-amanlıq və firavanlıq arzularımı çatdırıram.

Albaniya Azərbaycan ilə dostluq münasibətlərini yüksək qiymətləndirir və ölkələrimiz arasında tərəfdaşlığın inkişafından məmnundur. Qarşılıqlı hörmət və ümumi maraqlar üzərində qurulan münasibətlərimiz davamlı şəkildə inkişaf edir. Tərəfdaşlığımızın dərinləşməsində Sizin mühüm rolunuzu yüksək dəyərləndirir və buna görə minnətdarlığımı bildirirəm.

Əminəm ki, Sizin rəhbərliyiniz altında Albaniya ilə Azərbaycan arasında dostluq daha da möhkəmlənəcək, enerji, turizm və infrastruktur kimi qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranacaqdır.

Cənab Prezident, milli bayramınız münasibətilə Sizə bir daha təbriklərimi və ən xoş arzularımı yetirirəm.

Sizə ən yüksək ehtiramımı ifadə edirəm".

Bizimlə əlaqə saxlayın