Sizinxeber.az » Siyasət » Rəsmi xəbər » Mehriban Əliyeva Mərakeşin Şahzadəsi ilə görüşüb

Mehriban Əliyeva Mərakeşin Şahzadəsi ilə görüşüb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva mayın 5-də ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi Lalla Hasnaa ilə görüşüblər.

APA xəbər verir ki, söhbət zamanı müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə edilib, Azərbaycan və Mərakeş arasında tarixi, mədəni və dini yaxınlığa əsaslanan səmimi dostluq və əməkdaşlıq münasibətlərinin mövcud olduğu vurğulanıb.

Ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurlu əməkdaşlığı qeyd edilib.

Görüşdə digər istiqamətlərlə yanaşı, humanitar və mədəni sahələrdə münasibətlərin genişləndirilməsi üçün böyük potensialın olduğu bildirilib. Bu xüsusda, Azərbaycan mədəniyyət günlərinin Mərakeşdə, Mərakeş mədəniyyət günlərinin isə ölkəmizdə keçirilməsi məmnunluqla xatırlanıb, həmin tədbirlərin xalqlarımızın zəngin mədəniyyəti ilə qarşılıqlı şəkildə yaxından tanış olmasına geniş imkan yaratdığı qeyd edilib.

Azərbaycanın mənzil-qərargahı Mərakeşdə yerləşən ISESCO ilə əməkdaşlığına toxunulub, bu il Bakıda ISESCO-nun ölkəmizdə regional ofisinin yaradıldığı vurğulanıb. Ölkəmizin İslam həmrəyliyinin gücləndirilməsi, müsəlman dövlətləri arasında təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verdiyi qeyd olunub.

Söhbət zamanı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Mərakeşə səfəri və bu çərçivədə keçirilmiş görüşlər xatırlanıb. Həmin görüşlərdə Heydər Əliyev Fondunun sosial sahədə fəaliyyəti, uşaqlara qayğı ilə bağlı məsələlərin müzakirə edildiyi vurğulanıb.

Xanım Şahzadə Lalla Hasnaanın ölkəmizə səfərinin onun Azərbaycanla daha yaxından tanış olması baxımından yaxşı imkan yaradacağına və əlaqələrimizin inkişafına töhfə verəcəyinə ümidvarlıq ifadə olunub.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !