Prezident: Abdullahian mənə söz vermişdi ki, o adam edam hökmünə cəlb ediləcək, amma iş məhkəmədən istintaqa göndərilib
Bilirsiniz ki, biz səfirliyin bütün əməkdaşlarını geri çağırdıq və bizə rəsmi qaydada söz verilməyənə qədər, - İranın mərhum xarici işlər naziri, vertolyot qəzasında həlak olmuş cənab Abdullahian gəlib mənə söz vermişdi ki, o adam edam hökmünə cəlb ediləcək, - ondan sonra biz səfirliyin əməkdaşlarını geri qaytardıq.
APA xəbər verir ki, bunu Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bildirib.
“Amma bizi yenə də aldatdılar. Çünki bu edam hökmü həm icra edilmədi, həm də iş məhkəmədən yenə də istintaqa göndərildi. Yəni, bu, dövlət səviyyəsində edilən anlaşılmaz bir hərəkət idi və biz öz tələblərimizdə israrlıyıq. Biz bilirik ki, İranda daha az ağır olan cinayətlərə görə edam hökmü elan edilir və dərhal icra olunur. Amma burada iki il, bu, nəinki icra edilməyib, hətta iş yenə də istintaqa göndərilib.”, - deyə Prezident İlham Əliyev bildirib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İranın əvvəlki hakimiyyəti ilə münasibətlərin pisləşməsi barədə danışıb - YENİLƏNİB
2025-ci ilin ilk günündə İranda 15 nəfər edam edilib
İranda son 17 ildə ən çox edam bu ilin oktyabrında icra olunub
Almaniya İrandakı səfirini geri çağırıb
İranda bir ildə 997 nəfər edam olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













