Arbitrajla əlaqədar ərizələrə görə rüsumlar müəyyənləşib
Arbitrajla əlaqədar ərizələrə görə dövlət rüsumları müəyyənləşir.
APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət rüsumu haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, aşağıdakı rüsumlar müəyyənləşib:
- Arbitraja münasibətdə yardım funksiyalarının yerinə yetirilməsi ilə bağlı ərizənin verilməsinə görə - 100 manat;
- Müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı ərizənin verilməsinə görə 50 manat;
- Arbitraj məhkəmələrinin qərarlarının ləğv edilməsi ilə bağlı ərizənin verilməsinə görə - 100 manat;
- Yerli arbitraj məhkəmələrinin qərarlarının məcburi icrasının təmin edilməsi ilə bağlı ərizənin verilməsinə görə - 50 manat;
- Xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası ilə bağlı ərizənin verilməsinə görə - 100 manat.
Oxşar xəbərlər
Arbitrajla əlaqədar ərizələrə görə müəyyənləşən dövlət rüsumları son oxunuşda təsdiqlənib
Arbitrajla əlaqədar ərizələrə görə müəyyənləşən rüsumlar təsdiqlənib
Arbitrajla əlaqədar ərizələrə görə rüsumlar müəyyənləşir
Hərbi texnika və silahla əlaqədar lisenziya verilməsinə görə dövlət rüsumu müəyyənləşib
Bu dövlət rüsumları - Ləğv edilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













