Gitanas Nauseda Prezident İlham Əliyevə zəng edib
sizinxeber.az xəbər saytı

Gitanas Nauseda Prezident İlham Əliyevə zəng edib


Litva Respublikasının Prezidenti Gitanas Nauseda dekabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Sizinxeber.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidmətinin məlumatında bildirilib.

Qeyd edilib ki, Litva Prezidenti təyyarə qəzası nəticəsində insanların həlak olması ilə bağlı dövlətimizin başçısına və Azərbaycan xalqına başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb, xalqımızla həmrəyliyini bildirib.

Prezident İlham Əliyev göstərilən diqqətə və başsağlığına görə minnətdarlıq edib.

Dövlət başçıları Cənubi Qafqaz regionunda sülhün və sabitliyin daha da möhkəmləndirilməsi barədə fikir mübadiləsi aparıblar.

Telefon söhbəti zamanı bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğu bildirilib, bu xüsusda Azərbaycan ilə Litva arasında mədəni və humanitar sahələrdə əməkdaşlıq məsələləri vurğulanıb.

Oxşar xəbərlər

Litva Prezidenti Azərbaycan liderinə zəng edib, başsağlığı verib
Pakistanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
Putin Prezident İlham Əliyevə zəng edib
Ərdoğan Prezident İlham Əliyevə zəng edib
Litva dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər