Prezident təyyarə qəzasında həlak olan ekipaj üzvlərinə Azərbaycanın Milli Qəhrəmanı adı verib
Prezident İlham Əliyev “”Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza zamanı yüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsi haqqında” Sərəncam imzalayıb.
Sizinxeber.az xəbər verir ki, Sərəncama əsasən, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə aşağıdakı şəxslər təltif ediliblər:
“Azərbaycanın Milli Qəhrəmanı” adı ilə:
Kşnyakin İqor İvanoviç (ölümündən sonra)
Kalyaninov Aleksandr Georgiyeviç (ölümündən sonra)
Əliyeva Hökumə Cəlil qızı (ölümündən sonra)
1-ci dərəcəli “Rəşadət” ordeni ilə:
Əsədov Zülfiqar Sərdar oğlu
Rəhimli Aydan Vaqif qızı.
Oxşar xəbərlər
Prezident təyyarə qəzasının səbəblərinin araşdırılması üçün dövlət komissiyasının yaradılması haqqında Sərəncam imzalayıb
Təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin vida mərasimi keçirilir - FOTO
Təyyarə qəzasında həlak olan 3 ekipaj üzvü və 21 sərnişinin cənazəsi Aktaudan Bakıya gətirilib - VİDEO
Təyyarə qəzasında həlak olan 3 ekipaj üzvü və 21 sərnişinin cənazəsi Aktaudan Bakıya gətirilib - FOTO - VİDEO
Azərbaycanın xaricdəki diplomatik nümayəndəlik və konsulluqlarında xatirə kitabı açılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













