Təyyarə qəzasında həlak olan 3 ekipaj üzvü və 21 sərnişinin cənazəsi Aktaudan Bakıya gətirilib - FOTO - VİDEO
sizinxeber.az xəbər saytı

Təyyarə qəzasında həlak olan 3 ekipaj üzvü və 21 sərnişinin cənazəsi Aktaudan Bakıya gətirilib - FOTO - VİDEO


Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan daha 24 nəfərin nəşi ölkəyə gətirilib.

Sizinxeber.az xəbər verir ki, qəza nəticəsində həlak olan 21 sərnişin və 3 ekipaj üzvü-pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarənin bələdçisi Hökumə Əliyevanın nəşi ölkəyə gətirilib.

Bildirək ki, ekipaj üzvləri ll Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, 25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.

Oxşar xəbərlər

Təyyarə qəzasında həlak olan 3 ekipaj üzvü və 21 sərnişinin cənazəsi Aktaudan Bakıya gətirilib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəzaya uğramış təyyarənin pilotları və stüardessa Hökumə Əliyeva II Fəxri xiyabanda dəfn olunacaqlar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Təyyarə qəzası nəticəsində həlak olan sərnişinlərdən 4 nəfərin cənazəsi və daha 7 yaralı ölkəyə gətirilib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
AZAL-ın prezidenti: Təyyarədə texniki nasazlıq olmayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş konsul: Son məlumata görə, təyyarə qəzasında 26 Azərbaycan vətəndaşı həlak olub, 16 vətəndaşımız sağ qalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər