AZAL-ın Qazaxıstanda qəzaya uğrayan təyyarəsində sağ qalanlar 10 nəfərdən çox ola bilər - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

AZAL-ın Qazaxıstanda qəzaya uğrayan təyyarəsində sağ qalanlar 10 nəfərdən çox ola bilər - YENİLƏNİB


“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

Sizinxeber.az-Economics”in Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, qəzaya uğrayanlardan 10 nəfər Aktau çoxprofilli xəstəxanasına yerləşdirilib.

Qeyd olunub ki, təyyarə qəzasında sağ qalanların sayı 12 nəfər ola bilər.

***

11.34

AZAL-ın Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsində olanlardan 6 nəfəri sağdır.

Sizinxeber.az xəbər verir ki, bu barədə Qazaxıstan Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata görə, təyyarədə olan 72 nəfərdən 6-sı sağ qalıb. Onlar xəstəxanaya çatdırılıb.

Vəziyyətlərinin ağır olduğu bildirilir.

Qeyd edək ki, AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi qəzaya uğrayıb.

Təyyarə Xəzər dənizi üzərində “SOS” siqnalı verib.

Daha sonra məcburi eniş etmək üçün Qazaxıstana istiqamət alan təyyarə Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

***

11.31

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

Sizinxeber.az-Economics”in “Kazinform”a istinadən verdiyi məlumata görə, hazırda zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir. İlkin məlumata görə, sağ qalanlar var.

Bildirilib ki, Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarənin qəzaya uğradığı yerdə yanğının söndürülməsi üçün 52 yanğınsöndürən və 11 texnika cəlb olunub.

Oxşar xəbərlər

AZAL: Qəzaya uğrayan təyyarədə 67 nəfər olub, sərnişinlər arasında uşaq yoxdur, sağ qalanlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazaxıstan Nəqliyyat Nazirliyi: AZAL-ın təyyarəsinin hansı şəraitdə qəzaya uğradığına aydınlıq gətiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Qazaxıstanda qəzaya uğrayan təyyarədə 15 Rusiya vətəndaşı olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Təcili: Rusiya təyyarəsi qəzaya uğradı, hamısı öldü [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazaxıstanın “Aktau” tankeri Bakıda təmir olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər