Dövlət başçısı İlham Əliyev Timor-Leste Prezidentini təbrik edib
Prezident İlham Əliyev Timor-Leste Demokratik Respublikasının Prezidenti Coze Ramuş-Hortaya təbrik məktubu ünvanlayıb.
Sizinxeber.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Timor-Leste Demokratik Respublikasının milli bayramı – Müstəqilliyin Elan Edilməsi Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimi çatdırıram.
Son dövrdə Azərbaycan ilə Timor-Leste arasında dostluq münasibətlərinin dinamik inkişafı məmnunluq doğurur. Keçən il Azərbaycana səfəriniz ikitərəfli əlaqələrimizin tarixində yeni səhifə açmışdır.
İnanıram ki, bu il diplomatik əlaqələrin qurulmasının 20 illiyini qeyd edən Azərbaycan ilə Timor-Leste arasındakı dostluq münasibətləri daha da inkişaf edəcək, çoxtərəfli təsisatlarda əməkdaşlığımız bundan sonra da uğurla davam edəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost xalqınıza daim əmin-amanlıq firavanlıq arzulayıram".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti mavritaniyalı həmkarını təbrik edib
Prezident İlham Əliyev İndoneziya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
Azərbaycan dövlət başçısı Çexiya Prezidentini təbrik edib
Azərbaycan Prezidenti Kim Çen Inı təbrik edib
Prezident İlham Əliyev konqolu həmkarını təbrik edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













