Azərbaycan dövlət başçısı Slovakiya Prezidenti ilə görüşüb - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə görüşüb.
APA xəbər verir ki, qonaq Azərbaycanın, o cümlədən Bakı şəhərinin inkişafını məmnunluqla qeyd etdi.
Görüşdə Azərbaycan ilə Slovakiya arasında iqtisadi-ticari əlaqələrin inkişaf etdiyi bildirildi, birgə sənaye müəssisələrinin yaradılması məsələsi, IT sahəsində əməkdaşlıq, Qarabağda quruculuq layihələrində Slovakiya şirkətlərinin iştirakı qeyd olundu. Azərbaycan ilə Slovakiya arasında nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin intensivliyi vurğulandı.
Prezident İham Əliyev Qarabağda Slovakiya tərəfindən quruculuq layihəsinin həyata keçirildiyini məmnunluqla qeyd etdi.
Gələn ildən Azərbaycanda NATO əlaqələndirici səfirlik funksiyasını Slovakiya səfirliyinin həyata keçirəcəyi bildirildi.
Slovakiya Prezidenti dövlətimizin başçısını ölkəsinə səfərə dəvət etdi. Azərbaycan Prezidenti dəvəti məmnunluqla qəbul etdi.
***
16:19
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 11-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə görüşüb.
Oxşar xəbərlər
Azərbaycan dövlət başçısı Slovakiya Prezidenti ilə görüşüb
Slovakiya Prezidenti Azərbaycana səfərə gəlib
Slovakiya Prezidenti COP29-da iştirak üçün Azərbaycana gələ bilər
İlham Əliyev Slovakiya Prezidenti ilə görüşüb
Slovakiya Prezidenti Azərbaycana səfər edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













