

Prezident İlham Əliyev Qvineya-Bisau Prezidenti ilə görüşüb - FOTO - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo ilə görüşüb.
APA xəbər verir ki, Qvineya-Bisau Prezidenti COP29-un yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə dövlətimizin başçısına təşəkkürünü bildirdi, bu tədbirin uğurla keçəcəyinə əminliyini ifadə etdi.
Görüşdə ölkələrimiz arasında ilk növbədə təhsil sahəsində əməkdaşlıq məsələsinə toxunuldu, Qvineya-Bisaudan olan müxtəlif sahələrə aid mühəndislərin, tibb sahəsi üzrə mütəxəssislərin hazırlanmasına dəstək və təqaüdlərin verilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan Qoşulmama Hərəkatına və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrə qrantlar ayıraraq bu sahədə öz dəstəyini göstərir. Bu xüsusda, Qvinea-Bisaudan olan tələbələrə də qrantların verilməsi məsələsi müzakirə olundu.
Söhbət zamanı ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və bununla bağlı nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili, həmçinin xarici işlər nazirləri vasitəsilə siyasi məshələtləşmələrin aparılması məsələlərinə toxunuldu.
***
16:39
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo ilə görüşüb.
APA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidmətinin məlumatında bildirilib.
Oxşar xəbərlər
Azərbaycan lideri Qvineya-Bisau Prezidenti ilə görüşüb - YENİLƏNİB
Prezident İlham Əliyev Qvineya-Bisau Prezidenti ilə görüşüb - FOTO
Azərbaycan lideri Qvineya-Bisau Prezidenti ilə görüşüb
Prezident İlham Əliyev Zimbabve Prezidenti ilə görüşüb - FOTO - YENİLƏNİB
Qvineya-Bisaunun Prezidenti Azərbaycanda səfərdədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
-
Azərbaycan lideri: Artıq Şərqi Zəngəzur və Qarabağda 43 min insan yaşayır və çalışır
-
Azərbaycan Prezidenti: Ordu quruculuğuna lazımi həcmdə vəsait ayırmışıq
-
Prezident: Bu gün Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlığının yeni səhifəsi açılır
